AYNA: Avtobusların hərəkətində gecikmələr ola bilər
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, gündəlik saya uyğun avtobuslar buraxılıb:
“Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.-deyə AYNA bildirib.
Teqlər:
"AYNA: Avtobuslar\u0131n h\u0259r\u0259k\u0259tind\u0259 gecikm\u0259l\u0259r ola bil\u0259r"