Menyu

Yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta gözlənilir - SABAHIN HAVASI

Nərmin Qocamanlı
Yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta gözlənilir - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq.

Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

Teqlər:

"Y\u00fcks\u0259k da\u011fl\u0131q \u0259razil\u0259rd\u0259 18 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k \u015faxta g\u00f6zl\u0259nilir - SABAHIN HAVASI"

Əlaqəli Xəbərlər