Menyu

Ağdam və ətraf ərazilərdə elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq

Ağdam və ətraf ərazilərdə elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır.

Operativ Media “Azərişıq”-ın mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri kimi, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək.

Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması da nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş Plana uyğun olaraq yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib.

 Ağdam Elektrik Regional Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Teqlər:

"A\u011fdam v\u0259 \u0259traf \u0259razil\u0259rd\u0259 elektrik t\u0259chizat\u0131n\u0131n etibarl\u0131l\u0131\u011f\u0131na v\u0259 dayan\u0131ql\u0131l\u0131\u011f\u0131na n\u0259zar\u0259t t\u0259min olunacaq"

Əlaqəli Xəbərlər