Menyu

Mingəçevir su anbarında 2 nəfər batıb, xilasetmə tədbirləri davam edir - YENİLƏNİB

Əsəd Abbaslı
Mingəçevir su anbarında 2 nəfər batıb, xilasetmə tədbirləri davam edir - YENİLƏNİB

Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan şəxslərin axtarışları davam edir.

Operativ Media xəbər verir ki, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Kürdə batan şəxslərin yaxınları meyitlərin sudan tapılması üçün aidiyyəti qurumlardan köməklik istəyib.

Bildirilib ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, bu isə axtarışlara çətinliklər yaradır.

09:37

Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfər batıb.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Teqlər:

"Ming\u0259\u00e7evir su anbar\u0131nda 2 n\u0259f\u0259r bat\u0131b xilasetm\u0259 t\u0259dbirl\u0259ri davam edir - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər