Menyu

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Əsəd Abbaslı
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Zaqatala rayonunun Çobankol kəndində "VAZ-2107" və "VAZ-2102" toqquşub.

Operativ Media xəbər verir ki, hadisə zamanı "VAZ-2107"nin sürücüsü, Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Şirinov Amil Loğman oğlu, "VAZ 2102"nin sürücüsü, Qax rayon Güllük kənd sakini Hudulov Natiq Bayram oğlu xəsarət alaraq Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.

20:38

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Operativ Media xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qax rayon Güllük kənd sakininin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili başqa bir minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıblar.

Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər:

"Zaqatalada yol-n\u0259qliyyat hadis\u0259si ba\u015f verib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər