Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır
Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır.
Operativ Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılır.