DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 18-də ümumi çəkisi 41,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,1 kiloqramdan artıq heroin, 28,3 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.