Menyu

Binəqədinin bəzi küçələrində qaz olmayacaq

Əsəd Abbaslı
Binəqədinin bəzi küçələrində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Operativ Media-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yaşayış binasının qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə fevralın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə S.S.Axundov, K.Kunanbəyov, Aydınbəyov və İ.Hacıyev küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bin\u0259q\u0259dinin b\u0259zi k\u00fc\u00e7\u0259l\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər