Menyu

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Əsəd Abbaslı
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Operativ Media xəbər verir ki, 110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədər sifarişə əsasən açılacaq.

Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.

Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Teqlər:

"Nax\u00e7\u0131van\u0131n b\u0259zi \u0259razil\u0259rind\u0259 i\u015f\u0131q olmayacaq"

Əlaqəli Xəbərlər