Menyu

Şəkidə ana doğuşdan bir gün sonra ölüb

Nərmin Qocamanlı
Şəkidə ana doğuşdan bir gün sonra ölüb

Şəkidə ana doğuşdan bir gün sonra ölüb.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Belə ki, 14.02.2025-ci il tarixində 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib. Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.  

Bir gün sonra - 15.02.2025-ci il tarixində günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb. 

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Teqlər:

"\u015e\u0259kid\u0259 ana do\u011fu\u015fdan bir g\u00fcn sonra \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər