Sumqayıt şəhəri və Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Operativ Media DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdən naqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlı M. Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
Teqlər:
"Evl\u0259rd\u0259n o\u011furluq ed\u0259n iki n\u0259f\u0259r saxlan\u0131l\u0131b"