Menyu

Qaraciyərində 3 ədəd kist aşkarlanan yeniyetmə uğurlu əməliyyat olunub

Nərmin Qocamanlı
Qaraciyərində 3 ədəd kist aşkarlanan yeniyetmə uğurlu əməliyyat olunub

15 yaşlı yeniyetmə qaraciyərin exinokokkoz diaqnozu ilə Klinik Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə qəbul edilib.

KTM-dən Operativ Media-ya verilən məlumata görə, aparılan müayinələr zamanı xəstənin qaraciyərində 3 ədəd hidatik kist aşkar olunub. Onlardan biri diametri 10 sm olan və sol payın böyük hissəsini tutan kist olub. Digərləri isə qaraciyərin diafraqmal səthində, 7-8-ci seqmentlər arasında və 5-ci seqmentin visseral səthində yerləşən exinokokk kistləridir.

KTM-in Uşaq Cərrahiyyəsi şöbəsinin cərrahları Günay Əmrahlı və Murad Əlibəyovun iştirakı ilə xəstəyə laparoskopik exinokokktomiya əməliyyatı icra edilib. Əməliyyat zamanı kistlər boşaldılıb, xitin qişaları çıxarılıb və qaraciyərin sklerozlaşmış hissələri rezeksiya olunub. Əməliyyat uğurla başa çatıb.

Stasionar müalicələrdən sonra pasiyent qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Teqlər:

"Qaraciy\u0259rind\u0259 3 \u0259d\u0259d kist a\u015fkarlanan yeniyetm\u0259 u\u011furlu \u0259m\u0259liyyat olunub"

Əlaqəli Xəbərlər