Menyu

HƏMAS Qəzzanın idarə edilməsində iştirak etməyəcək

HƏMAS Qəzzanın idarə edilməsində iştirak etməyəcək

HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır.

Operativ Media xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, radikal təşkilatın nümayəndələri təsdiqləyiblər ki, atəşkəs sazişinin hər üç mərhələsində ona əməl etmək niyyətindədirlər və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəklər.

"Misir hazırda anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpasına cavabdeh olacaq müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv danışıqlar aparır. Əlavə məlumat verilmir".

HƏMAS hələlik bu xəbərlərə münasibət bildirməyib.

Teqlər:

"H\u018fMAS Q\u0259zzan\u0131n idar\u0259 edilm\u0259sind\u0259 i\u015ftirak etm\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər