Menyu

Nərimanovda beşmərtəbəli binada yanğın baş verib - YENİLƏNİB

Nərmin Qocamanlı
Nərimanovda beşmərtəbəli binada yanğın baş verib - YENİLƏNİB

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

14:57

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər:

"N\u0259rimanovda be\u015fm\u0259rt\u0259b\u0259li binada yan\u011f\u0131n ba\u015f verib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər