Sumqayıt şəhərində dəniz kənarında avtomat silahı və patron aşkarlanıb
Nərmin Qocamanlı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Sumqayıt şəhərində yerləşən dənizkənarı ərazidə 1 avtomat silahı və 4 ədəd patron tapılaraq götürülüb.