Suraxanı və Nərimanovda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində ümumilikdə üç ünvanda vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Operativ Media-ya FHN-dən verilən məlumata görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.
Teqlər:
"Suraxan\u0131 v\u0259 N\u0259rimanovda k\u00f6m\u0259ksiz v\u0259ziyy\u0259td\u0259 qalan 5 v\u0259t\u0259nda\u015f xilas edilib"