Menyu

FHN Balakəndə yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

FHN Balakəndə yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhərində yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə Operativ Media-ya FHN məlumat verib.

- obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyektin daxili yanğın kranlarında suyun təzyiqi normaya uyğun təmin edilməyib və tam komplektləşdirilməyib;

- yanğın xəbərverici siqnalizasya qurğularının istismar vəziyyətinə nəzarət edilmir;

- obyektdə mövcud olan yanğından müdafiə sistemləri və vasitələri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri saz vəziyyətdə saxlanılmır;

- yanğından müdafiə sistemləri və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə aidiyyəti qurumlara məlumat verilməyib;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Balakən şəhərində yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Teqlər:

"FHN Balak\u0259nd\u0259 yan\u011f\u0131n t\u0259hl\u00fck\u0259li obyektin f\u0259aliyy\u0259tini dayand\u0131r\u0131b"

Əlaqəli Xəbərlər