Menyu

Kliniki Tibbi Mərkəzdə ilk dəfə mikroskop altında göz əməliyyatlarının icrasına başlanılıb

Nərmin Qocamanlı
Kliniki Tibbi Mərkəzdə ilk dəfə mikroskop altında göz əməliyyatlarının icrasına başlanılıb

Tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, ən son texnoloji avadanlıqlarla təchiz olunması və xəstəxanaların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzdə oftalmoloji əməliyyatların müasir cərrahi mikroskop vasitəsilə daha yüksək dəqiqliklə icrasına başlanılıb. Tibb müəssisəsinin yeni oftalmoloji əməliyyat otağında quraşdırılan innovativ optik və mikrocərrahiyyə imkanları ilə fərqlənən bu cihazın köməyilə artıq daha mürəkkəb və dəqiq cərrahi müdaxilələr həyata keçirilir.

Hazırda uzman oftalmoloq-cərrah Gülnar Sultanovanın rəhbərliyi ilə gözün ön seqmentinin mikrocərrahi əməliyyatları uğurla icra olunur.

Kliniki Tibbi Mərkəzdə tətbiq edilən "Leica M844 F40" mikroskopu oftalmoloji cərrahiyyə üçün nəzərdə tutulmuş yüksək texnoloji avadanlıq hesab edilir. Bu mikroskop aşağı işıq şəraitində belə yüksək dəqiqlikli görüntülər təqdim edən "APO OptiChrome™" optikası və birbaşa halogen işıqlandırma sistemi ilə təchiz edilib. Cihaz "QuadZoom™" texnologiyası, ikili assistent modulu, HD görüntü və qeyd imkanı və eləcə də yüksək keyfiyyətli işıq ötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, oftalmoloji müayinə və sözügedən mikrocərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.

Teqlər:

"Kliniki Tibbi M\u0259rk\u0259zd\u0259 ilk d\u0259f\u0259 mikroskop alt\u0131nda g\u00f6z \u0259m\u0259liyyatlar\u0131n\u0131n icras\u0131na ba\u015flan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər