Bərdədə keçmiş məhkumdan 3 kiloqramdan artıq tiryək götürülüb
Nərmin Qocamanlı
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb.
Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib.