Menyu

Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Əsəd Abbaslı
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Operativ Media  xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonu, Sarıqaya kəndində hovuzda 1 nəfərin batması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Teqlər:

"Samuxda s\u00fcni sututar\u0131nda batan \u015f\u0259xsin meyiti tap\u0131l\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər