Menyu

Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Əsəd Abbaslı
Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Operativ Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

13:17

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər:

"X\u0131rdalanda \u00e7oxm\u0259rt\u0259b\u0259li ya\u015fay\u0131\u015f binas\u0131ndak\u0131 yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər