Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin (uşaq) evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Teqlər:
"Sumqay\u0131tda ba\u011fl\u0131 qap\u0131 arxas\u0131nda qalan azya\u015fl\u0131 xilas edilib"