Menyu

MSK seçki subyektləri ilə bağlı materialları araşdırılmaq üçün Baş Prokurorluğa göndərəcək

Nərmin Qocamanlı
MSK seçki subyektləri ilə bağlı materialları araşdırılmaq üçün Baş Prokurorluğa göndərəcək

Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.

Operativ Media xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Fuad Cavadov, Qabil Orucov, Baxşeyiş Əsgərov təqdim ediblər.

Qeyd olunub ki, müraciətlərdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsinin 19, 24 və 52 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə əlaqədar olub.

Bildirilib ki, müraciətlə əlaqədar təqdim edilən seçki protokollarında məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verilib. Müraciəti edən namizədlə isə sonradan əlaqə saxlamaq mümkün olmayıb. MSK müraciəti əsasız sayıb.

Eyni zamanda, müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.

Teqlər:

"MSK se\u00e7ki subyektl\u0259ri il\u0259 ba\u011fl\u0131 materiallar\u0131 ara\u015fd\u0131r\u0131lmaq \u00fc\u00e7\u00fcn Ba\u015f Prokurorlu\u011fa g\u00f6nd\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər