Menyu

Balakəndə ev yanıb

Əsəd Abbaslı
Balakəndə ev yanıb

Balakəndə ev yanaraq külə dönüb.

Operativ Media xəbər verir ki, yanğın gecə saatlarında rayonun Kortala kəndində, kənd sakini 1940-cı il təvəllüdlü Osmanov Həsən Səhiddin oğluna məxsus yaşayış evində baş verib.

Yanğın yerinə Balakən rayon DYMX-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 144 k/m olan yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğında xəsarət alan olmayıb.

Teqlər:

"Balak\u0259nd\u0259 ev yan\u0131b"

Əlaqəli Xəbərlər