Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 40 yaşlı kişinin həmyaşıdı tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.
Operativ Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, A.Hacıyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən, onun həmyaşıdı M.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.