Menyu

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - SABAHIN HAVASI

Nərmin Qocamanlı
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Teqlər:

"Bak\u0131ya ya\u011f\u0131\u015f da\u011fl\u0131q \u0259razil\u0259r\u0259 qar ya\u011facaq - SABAHIN HAVASI"

Əlaqəli Xəbərlər