Menyu

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib

Nərmin Qocamanlı
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib

Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.

MÜTDA-dan Operativ Media-ya verilən məlumata görə, bu barədə Mərkəzi Aran Regoinal Təhsil İdarəsi açıqlama yayıb:

"Məsələ ilə bağlı bildiririk ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin  9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.

Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə  məlumat veriləcək".

Teqlər:

"Ucarda m\u0259kt\u0259bli sinif yolda\u015f\u0131na x\u0259sar\u0259t yetirib"

Əlaqəli Xəbərlər