Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər tutulub
Nərmin Qocamanlı
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb.
Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Teqlər:
"Qobustanda narkotik sat\u0131\u015f\u0131 il\u0259 m\u0259\u015f\u011ful olan \u015f\u0259xsl\u0259r tutulub"