Menyu

Elm və Təhsil Nazirliyinə ötən ay 40 minə yaxın müraciət daxil olub

Nərmin Qocamanlı
Elm və Təhsil Nazirliyinə ötən ay 40 minə yaxın müraciət daxil olub

Yanvarın 1-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 39 960 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 26 993-ü çağrı mərkəzləri, 555-i sosial media, 3 776-sı "WhatsApp" vasitəsilə olduğu halda, 1 562-si elektron, 2 029-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 045 müraciət qeydə alınıb.

Müraciətlər əlavə təhsil, eksternat imtahan, təhsil haqqı və güzəşt, müəllimlərin yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

Teqlər:

"Elm v\u0259 T\u0259hsil Nazirliyin\u0259 \u00f6t\u0259n ay 40 min\u0259 yax\u0131n m\u00fcraci\u0259t daxil olub"

Əlaqəli Xəbərlər