Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Operativ Media xəbər verir ki, Sumqayıt, Binə, Şəmkir, Şamaxı, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 hava \u015f\u0259raiti \u0259sas\u0259n ya\u011fmursuz ke\u00e7ib - FAKT\u0130K\u0130 HAVA"