Menyu

FHN: Qadağan olunan pirotexniki vasitələrdən istifadə edən şadlıq sarayı və restoran sahibləri üçün ən sərt tədbirlər görüləcək

FHN: Qadağan olunan pirotexniki vasitələrdən istifadə edən şadlıq sarayı və restoran sahibləri üçün ən sərt tədbirlər görüləcək

Ölkə ərazisində yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən bu sahədə pozuntulara yol verilməsi hallarına rast gəlinir ki, sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verir.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Belə ki, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir.

 

Teqlər:

"FHN: Qada\u011fan olunan pirotexniki vasit\u0259l\u0259rd\u0259n istifad\u0259 ed\u0259n \u015fadl\u0131q saray\u0131 v\u0259 restoran sahibl\u0259ri \u00fc\u00e7\u00fcn \u0259n s\u0259rt t\u0259dbirl\u0259r g\u00f6r\u00fcl\u0259c\u0259k"

Əlaqəli Xəbərlər