Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xasaybəy Sadıqlı saxlanılıb.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ondan psixotrop maddə metamfetamin və “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, X.Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib.