Menyu

Polis Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirib

Nərmin Qocamanlı
Polis Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. 

Bu şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi komuflaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. 

Faktla bağlı araşdırmalar aparılır. 

R.Sultanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Teqlər:

"Polis Sumqay\u0131tda narkotik d\u00f6vriyy\u0259sin\u0259 qar\u015f\u0131 \u0259m\u0259liyyat ke\u00e7irib"

Əlaqəli Xəbərlər