Ana səhifə / Ölkə / Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb 29.01.2025, 19:05 Əsəd Abbaslı Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb. Operativ Media xəbər verir ki, seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub. Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib. Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb. Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. Teqlər: "Az\u0259rbaycanda b\u0259l\u0259diyy\u0259 se\u00e7kil\u0259ri il\u0259 ba\u011fl\u0131 s\u0259sverm\u0259 yekunla\u015f\u0131b"