Sabunçuda silsilə oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Bakının Sabunçu rayonunda yerləşən evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən 6 müxtəlif evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 6200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı Z.Bağırov və 23 yaşlı T.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır.
Teqlər:
"Sabun\u00e7uda silsil\u0259 o\u011furluq etm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n iki n\u0259f\u0259r saxlan\u0131l\u0131b"