27 yanvar tarixindən etibarən Dəmiryol Muzeyi yeni iş qrafikinə keçir.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Yalnız muzey bazar ertəsi fəaliyyət göstərməyəcək. Şənbə-bazar da daxil olmaqla həftənin altı günü saat 10:00-dan 18:00-a qədər ziyarətçiləri qəbul edəcək.
Qeyd edək ki, muzey "28 May" metro stansiyasının əsas çıxışının yaxınlığında, C.Cabbarlı meydanında yerləşir.
Teqlər:
"D\u0259miryol Muzeyi bazar g\u00fcnl\u0259ri d\u0259 a\u00e7\u0131q olacaq"