Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs edilib
Əsəd Abbaslı
Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs edilib.
DİN-in Mətbuat Xidmətindən Operativ Media-a verilən məlumata görə, Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.
Teqlər:
"Magistral yolda avtoxuliqanl\u0131q ed\u0259n s\u00fcr\u00fcc\u00fc h\u0259bs edilib"