Menyu

Birbank mobil tətbiqində yaranan narahatlıqla bağlı açıqlama - YENİLƏNİB

Əsəd Abbaslı
Birbank mobil tətbiqində yaranan narahatlıqla bağlı açıqlama  - YENİLƏNİB

Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Operativ Media xəbər verir ki, bu barədə Kapital bankdan məlumat verilib

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik",- məlumatda qeyd edilib.

Qeyd edək ki, axşam saatlarından etibarən istifadəçilər Birbank mobil tətbiqində çətinlikdə üzləşib.

20:50

İstifadəçilər "BirBank" tətbiqinə daxil olmaqda çətinlik çəkib.

Bu barədə istifadəçilər Operativ Media-ya bildirib.

Onlar qeyd edib ki, tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildirişlə qarşılaşıblar.

Bankdan bildirilib ki, hazırda texniki çətinliklər mövcuddur.

Çətinliyin ən qısa zamanda aradan qaldırılacağı qeyd olunub.

Teqlər:

"Birbank mobil t\u0259tbiqind\u0259 yaranan narahatl\u0131qla ba\u011fl\u0131 a\u00e7\u0131qlama - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər