Menyu

Bakı metropolitenində sərnişindaşımalar artıb

Nərmin Qocamanlı
Bakı metropolitenində sərnişindaşımalar artıb

"Bakı Metropoliteni" 2024-cü ildə 229 584 259 sərnişin daşıyıb.

"Operativ Media" xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, orta hesabla gün ərzində 627 279 sərnişin Bakı metropolitenindən istifadə edib. 

Bundan başqa, güzəştli 6 682 348 sərnişin metrodan istifadə edib.

Qeyd olunub ki, 2024-cü ildə əvvəlki 2 illə müqayisədə sərnişin sayında artım müşahidə olunub. Belə ki, ötən il 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub.

Teqlər:

"Bak\u0131 metropolitenind\u0259 s\u0259rni\u015finda\u015f\u0131malar art\u0131b"

Əlaqəli Xəbərlər