Bakıda 3 nəfərə qarşı 14 min manatlıq dələduzluq edilib
Nərmin Qocamanlı
Səbail rayonu ərazisində 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Operativ Media-ya verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.
Bundan başqa rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.
Araşdırmalar aparılır.
Teqlər:
"Bak\u0131da 3 n\u0259f\u0259r\u0259 qar\u015f\u0131 14 min manatl\u0131q d\u0259l\u0259duzluq edilib"