Ötən il Azərbaycanda 216 uşaq ailələrinin himayəsinə qaytarılıb
Nərmin Qocamanlı
Ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən il həmçinin 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.
Ümumilikdə ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Teqlər:
"\u00d6t\u0259n il Az\u0259rbaycanda 216 u\u015faq ail\u0259l\u0259rinin himay\u0259sin\u0259 qaytar\u0131l\u0131b"