Menyu

İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub

Əsəd Abbaslı
İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Qurumdan "Operativ Media"a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan yardımçı tikilinin tavanı 15kv.m. sahədə yanıb və içərisindəki ev quşları tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib.

Teqlər:

"\u0130mi\u015flid\u0259 yan\u011f\u0131n olub y\u00fczd\u0259n \u00e7ox ev qu\u015fu t\u0259l\u0259f olub"

Əlaqəli Xəbərlər