Menyu

Xəzər dənizində zəlzələ olub - YENİLƏNİB

Əsəd Abbaslı
Xəzər dənizində zəlzələ olub - YENİLƏNİB

Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

"Xəzər dənizində son iki gündə baş verən (ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.

Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.

Qeyd edək ki, son iki gündə Xəzər dənizində 3,1 və 3,5 maqnitudalı zəlzələ baş verib.

17:46

Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ olub.

xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 16:57-də qeydə alınıb.

Zəlzələ 62 km dərinlikdə baş verib.

Teqlər:

"X\u0259z\u0259r d\u0259nizind\u0259 z\u0259lz\u0259l\u0259 olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər