Menyu

Salyanda yük maşınının yanacaq çəni partlayıb

Nərmin Qocamanlı
Salyanda yük maşınının yanacaq çəni partlayıb

Salyan rayonunun Şorsulu kəndində baş verən yanacaq çəni partlayışı iki nəfərin xəsarət alması ilə nəticələnib.

"Operativ Media"nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə yük maşınının yanacaq çənində qaynaq işləri aparılarkən baş verib.

“Mersedes” markalı yük avtomobilinin kabinəsi, üç ön təkəri və qoşqunun üzərinə çəkilmiş tent qismən yanıb. Yanğın nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri avtomobilin qalan hissəsini yanğından qorumağı bacarıblar.

Teqlər:

"Salyanda y\u00fck ma\u015f\u0131n\u0131n\u0131n yanacaq \u00e7\u0259ni partlay\u0131b"

Əlaqəli Xəbərlər