8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Qəza zamanı yeni quraşdırılmış svetofor yararsız vəziyyətə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.
Teqlər:
"8 Noyabr prospektind\u0259 yol-n\u0259qliyyat hadis\u0259si ba\u015f verib"