Menyu

Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Media”ay verilən məlumata görə, gecə saatlarında bəzi qərb rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"Da\u011fl\u0131q \u0259razil\u0259r\u0259 qar ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər