Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Əsəd Abbaslı
Saat 22.30 radələrində paytaxtın Pirallahı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü yolu keçmək istəyən piyadanı vurub.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı hazırda araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Teqlər:
"Pirallah\u0131da \u00f6l\u00fcml\u0259 n\u0259tic\u0259l\u0259n\u0259n yol q\u0259zas\u0131 ba\u015f verib"