Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN-dən "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.
Teqlər:
"Bulvarda d\u0259nizd\u0259 batma t\u0259hl\u00fck\u0259si il\u0259 \u00fczl\u0259\u015f\u0259n \u015f\u0259xs xilas edilib"