Menyu

Sumqayıt və Siyəzən prokurorluqlarına yeni təyinatlar olub

Nərmin Qocamanlı
Sumqayıt və Siyəzən prokurorluqlarına yeni təyinatlar olub

Sumqayıt və Siyəzən prokurorluqlarına yeni təyinatlar olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.


2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı şəhər prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Baş Prokurorun digər əmrilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.

2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Yusuf Novruzov əvvəllər Qaradağ rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.

Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.

Teqlər:

"Sumqay\u0131t v\u0259 Siy\u0259z\u0259n prokurorluqlar\u0131na yeni t\u0259yinatlar olub"

Əlaqəli Xəbərlər