Menyu

Avtomobili narkotik vasitələrin təsiri altında idarə edən şəxslər tutulub

Nərmin Qocamanlı
Avtomobili narkotik vasitələrin təsiri altında idarə edən şəxslər tutulub

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən A.Rzazadə və N.Nəsirli saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bundan əlavə, həyata keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini içkili vəziyyətdə, eləcə də müvafiq sənədləri olmadan idarə edən daha 9 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Teqlər:

"Avtomobili narkotik vasit\u0259l\u0259rin t\u0259siri alt\u0131nda idar\u0259 ed\u0259n \u015f\u0259xsl\u0259r tutulub"

Əlaqəli Xəbərlər